“O saytın rəhbərinin ölüsü-dirisi qəbirdə itlə yatsın”

Pressaz.com Mediabaku.az-a istinadən xəbər verir ki, bu sözləri Afət Fərmanqızı instagram səhifəsində “Sığmazam” mahnısına qoyulan qadağa barəsində danışarkən deyib:

“Dünən Zaurun verilişində olanda Zaur mənə zarafatla dedi ki, o mahnıya qadağa qoyulub. Mən də zarafatla dedim ki, o mahnını qonararla oxuyuram. Heç kəs o mahnıya qadağa qoymayıb. 10 gün əvvəl o mahnını Tolikin verilişində də oxumuşam. Bu haqda səhv məlumat yazan saytının rəhbərinin ölüsü-dirisi qəbirdə itlə yatsın. Oğlan axtırıram, çıxıb desin ki, mahnıya qadağa qoyulub. Həmin adamı məhkəməyə verib, udacam. Azərbaycan Respublikasının konstitusiyasında belə bir maddə yoxdu ki, hansısa mahnıya qadağa qoyulsun.”




Loading...