Təəsüf ki, son illərdə ürəktutmalar yalnız yaşlı insanlarda deyil, həm də daha gənc nəsillərdə müşahidə edilir.

İsveçli alimlər belə bir qənaətə gəliblər ki, həftədə bir neçə prosiya qoz yemək ürəktutmasının qarşısını alır. Bundan əlavə, qoz ürək aritmiyasının, ürək və damar xəstəliklərinin yaranması riskini azaldır.

Bu məlumatı əldə etmək üçün 45-83 yaşlı 61 min insan üzərində tədqiqat aparılıb. Alimlər onların rasionu və vərdişləri haqqında məlumatları araşdırıblar. 17 il ərzində bu şəxslərin ürək-damar sisteminin vəziyyəti müşahidə edilib.

Bu dövr ərzində onlardan kimsə öldükdə araşdırmaçılar onun ölüm səbəbini müəyyən edirdilər.

Tədqiqat zamanı 4 983 ürəktutması baş verib və onlardan 917-si ölümlə nəticələnib. Bundan əlavə, 3 160 ürək çatışmazlığı, 7 550 sayrışan aritmiya, 972 aortal klapanın daralması, 983 anevrizm, həmçinin 3 782 beyin insultu və 543 beyindaxili qanaxma müşahidə edilib.
Alimlər müəyyən edib ki, hər həftə qoz yeyən insanlar yuxarıda qeyd edilən xəstəliklərdən daha az əziyyət çəkir. Həftədə 3 porsiya qoz yemək ürək xəstəliklərinin yaranması riskini 18% azaldır.

Bundan əlavə, insanlar fiziki baxımdan fəal olmalı, ziyanlı qidadan və vərdişlərdən imtina etməlidir. /gent.az/




Loading...