Qədimdə təbiblər ölmüç arını çox güclü dərman sayıblar. Alimlər aşkarlayıblar ki, onun tərkibində faydalı maddələr - vitaminlər, züllalar, melanin maddələr var. Ən qiymətli maddələr - iltihablaşma prossesini boğan, qan təzyiqini normalaşdıran və damarları möhkəmləndirən heparin və heparoidlər isə ölü arının xitin örtüyündə, yəni zirehindədir.

Arı ölüsü bakteriyaların qənimidir. Fransada onunla ekzema, psoriaz, qurdeşənəyi, hətta epilepsiyanı müalicə edirlər. Son dövürlərdə bu dərmanla kişi xəstləliklərini də sağaltmağa başlayıblar. Arı ölüsü adenoma və prostat xərçəngi yarananda da köməyə gəlir.

Arı ölüsü immuniteti yüksəldir, qanı təmizləyərək bütün orqanizmi cavanlaşdırır. Həmçinin, iltihab, yanıq və yaralarda, burxulmalarda, dəri problemlərində də istifadə olunur. Buna görə də müxtəlif xəstəlikləri önləmək üçün yaşı qırxı aşanların bu möcüzəli dərmanı ildə iki dəfə qəbul etmələri faydalıdır. 

Müalicə üçün arının bütün ölüsü deyil, yalnız yaxşı qalan hissəsi istifadə edilir. Ölmüş arı tamamilə təzə, quru, kifsiz və iysiz olmalıdır. Qışlama zamanı ölmüş və pətəyin dibində qalmış cəsədlər müalicəyə yararlıdır. 

Arı ölüsünü əvvəlcə aşsüzənlə ələmək lazımdır ki, zibildən təmizlənsin. Sonra onu elektirik sobasında, yaxud adi sobada 40-45 dərəcə istiliklə qurutmaq lazımdır. Ondan sulu məhlul, həlim və spirtli cövhər hazırlamaq mümkündür.




Loading...