“Uşaqları da kovid peyvəndi etdirmədən biz pandemiyaya qalib gələ bilməyəcəyik”. Bu sözləri İsrail Şaba infeksion xəstəliklər mərkəzinin rəhbərlərindən biri professor Qaliya Rahov deyib.

Pressaz.info xəbər verir ki, o, Pfizer kompaniyasına israilli uşaqlar üzərində peyvənd eksperimenti aparmağı təklif edib.
Alimin bu sözləri ölkədə və dünyada çoxları tərəfindən hiddətlə qarşınıb və uşaqları peyvəndləməyin əksinə çıxıblar.

Bİr çoxları isə onu Pfizer şirkətindən pul alaraq, belə bəyanatlar verdiyini deyir. Professor isə heç bir sövdələşməyə getmədiyini, elmə və virusların, pandemiyanın qanunlarına əsasən bunun vacib olduğunu deyib.


“Bu gülməldir. Siz mənim gəlir və maaşıma baxın. Böyüklər peyvənd olunur, uşaqlar peyvəndsizdirsə, bu pandemiya uzun illər bitməyəcək, çünki uşaqlar virusu yayacaqlar”.




Loading...