“Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsinin  məhz Nikol Paşinyanın səlahiyyətində olduğunu qeyd etməklə, böhranı öz üzərindən atdı. Artıq Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etmək üçün birbaşa sərəncam imzalayacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki,  Baş Qərargah rəisinin vəzifədən azad edilməsi üçün  Paşinyan iki dəfə  qərarı prezidentə göndərdi,  amma  Sarkisyan qərarı imzalamadı: Armen Sarkisyan faktiki olaraq geri çəkildi və “neytrallığını” qorumağa çalışdı. Halbuki  Sarkisyan ilk gündən Baş Qərargah rəisinin tərəfində idi və çevriliş cəhdində maraqlı görünürdü. Artıq proseslər Paşinyanın leyhinə dəyişdiyi və ordunun çevriliş cəhdi baş tutmadığı üçün çalışır ki, öz postunu qorusun. Amma  Paşinyan növbəti prezidentin seçilməsində Sarkisyanın iştirakına imkan verməyəcək. Konstitusiya dəyişikliyinə gedib, özü prezident olmaqda maraqlıdır”.

Politoloqun fikrincə Baş Qərargah rəisinin bundan sonra Paşinyana qarşı təzyiqi mümkün deyil: “Onun vəzifədən getməsi və istintaqa cəlb olunması qısa vaxtda mümkündur. Onik Qasparyan qədər Nikol Paşinyana zərbə vuran olmamışdı.Paşinyan bunu Qasparyana bağışlamayacaq.
O, Baş Qərargahı özünə tabe etdirdikdən sonra Koçaryan başda olmaqla çevrilişə dəstək verən müxalifət liderlərini zərərsizləşdirəcək. Ermənistanda siyasi böhran davam etdikcə,10 noyabr və 11 Yanvar razılaşmalarının yerinə yetirilməsi mümkün olmayacaq”.KONKRET.az




Loading...