“African Business” jurnalının son buraxılışında son illər Türkiyənin Afrika qitəsindəki uğurlu fəaliyyətindən geniş bəhs edilib.
pressaz.info xəbər verir ki, məqalədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altından Ankaranın Afrikanın 42 ölkəsində ciddi işlər gördüyü vurğulanıb. Məqalədə qeyd olunur ki, son 18 ildə Türkiyənin Afrikadakı səfirliklərinin sayı 12-dən 42-yə qalxıb. 18 il əvvəl Türkiyənin Afrikaya yatırdığı 100 milyon sərmayə indi 6,5 milyard dollara çatıb. Müəllifə görə, Ərdoğan 27 Afrika ölkəsinə səfər edən ilk liderdir.
Məlumata görə, Ankaranın bu fəaliyyəti Qərbdə böyük narahatlıq yaradır. Xüsusilə, Fransa Türkiyənin qarşısını almaq üçün ciddi addımlar atır. "Lakin bu addımlar elə də uğurlu alınmır" - deyə məqalədə qeyd edilir.




Loading...