Ukraynanın Birləşmiş Qüvvələrinin Baş Qərargahı Donbasdakı separatçıların Ukrayna ordusuna hücumu barədə yayılan məlumatlara reaksiya verib.
pressaz.info xəbər verir ki, Baş Qərargah Donbas xəttində sutka ərzində rusiyameylli separatçıların beş dəfə atəşkəs rejimini pozduğunu bildirib. Ukrayna əsgərlərinin ölməsi və yaxud yaralanması barədə xəbərlər isə təkzib olunub. Bildirilib ki, insident nəticəsində ukraynalı hərbçilər arasında ölən olmayıb.
“Adveyevka kəndi ərazisində separatçılar 120 və 82-lik minatanlardan Ukrayna bölmələrinin mövqelərini atəşə tutub. Cavab atəşi ilə separatçılar susdurulub”, – məlumatda vurğulanıb.
Ukrayna Baş Qərargahı olayla bağlı lazımı beynəlxalq qurumların artıq məlumatlandırıldığını da diqqətə çatdırıb.
Qeyd edək ki, bundan öncə separatçıların hücumu nəticəsində Ukraynanın 20 hərbçisinin öldüyü, 25-nin yaralanması barədə məlumat yayılmışdı.Qazet.az




Loading...