“Daşnaksyutunun ələ keçirdiyi insanlar illərlə Azərbaycanda güclü təbliğat aparıb. Sizə bir fakt danışım. Vüqar Qaradağlı ATV-nin prezidenti olan zaman ermənilərin bütün alçaq əməllərini faktlarla sübut edən bir kitab çap etdirdi.

Kitab “ASALA-bütün ermənilərin pasportu” (АСАЛА – Паспорт всех армян) adlanırdı. Kitab rus dilində 500 nüsxə çap edildi. O kitabın təqdimatı haqqında öyrənən Əli Həsənov bütün prosesləri saxlayıb, dərhal kitabı məhv etmək əmri verdi. Dərhal kitabın bütün nüsxələri yandırılaraq məhv edildi.

Bu faktdı, mən sübutsuz heç nə danışmıram. Vüqar Qaradağlı da şükür sağ-salamatdır faktı ondan da təsdiqlədə bilərsiniz."demokrat.az




Loading...