Naxçıvanda ara qarışıb: şəhid şəkilləri kəsilib, Milli Qəhrəmanın qardaşı döyülüb…
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yengicə kəndində şəhidlər təhqir olunub.
pressaz.info xəbər verir ki, kənddə 9 şəhidin gecə ilə şəkilləri dəmir konstruksiyalardan (reşotkalarda) kəsilib. Bu hadisə gərginliyə səbəb olub və qarşıdurma zamanı Milli Qəhrəmanın qardaşı döyülüb, şəhid ailələri təhqir edilib. Lakin onların kimliyi açıqlanmır. Bu haqda əldə etdiyimiz məlumata görə, hadisə Naxçıvanda ciddi ajiotaj doğurub, əhalidə narazılığa səbəb olub, xəbəri ictimailəşdirən şəhid yaxınları isə araşdırılır.reportyor.info





Loading...