“Biz səkkiz nəfərlik tibbi heyət və yerli həkimlərin dəstəyi ilə qazilərin müayinə və əməliyyatını həyata keçiririk. Qısa müddət ərzində artıq bir çox qazini müayinədən keçirmişik”.
pressaz.info xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında israilli həkim Yişay Falik bildirib.
Onun sözlərinə görə, onların əksəriyyəti artıq kosmetik protezlərlə təmin olunublar:
“Protezlərin öncədən parametrləri nəzərə alınaraq xüsusi olaraq İsraildə hazırlanıb. Eyni zamanda, müəyyən sahələr üzrə göz əməliyyatları icra olunur. Arif Hacıyev adlı qaziyə gözündə əməliyyat aparılıb.
Bu o deməkdir ki, transplantasiya olunmuş göz bəbəyi sayəsində həmin şəxsin gözü hazırda 20 faiz görə bilir. Hətta mən deyərdim ki, o gözlə sükan arxasında oturub, maşını da idarə etmək olar”.
Xarici həkim dünən qazilərin birin keçirdiyi ağır əməliyyatdan da danışıb:
“Çox ağır bir əməliyyatı idi. Həmin əməliyyatın müddəti 4,5 saat çəkdi. Hazırda da əməliyyatlar davam edir, qazilərə protezlər yerləşdirilir”.





Loading...