Berlin Beynəlxalq Film Festivalının proqramına Ermənistan istehsalı olan Qarabağ haqqında film salınıb.
pressaz.info  Publika.az-a istinadla xəbər verir ki, "Forum" proqramına salınan "Qara Bağ Artsax" adlı film türk və azərbaycanlı internet istifadəçilərinin sərt etirazları ilə qarşılanıb.
Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edən film Qarabağdakı erməni sakinlərlə 2007-ci ildə alınmış müsahibələrə əsaslanır. Filmin rejissorları İrene Anastas və Rene Gabridir.
Azərbaycanlı istifadəçilər filmin adına hiddətlə reaksiya verib və “Berlinale” saytında dərc olunan rejissorların təqdim etdiyi təsviri qərəzli hesab edib.
Ekran işində 1990-cı illərdə Dağlıq Qarabağdakı münaqişə “qurtuluş və öz müqəddəratını təyinetmə mücadiləsi” kimi təsvir edilir və son - 2020-ci ildə baş verən anti-terror əməliyyatları “Azərbaycan işğalı” adlandırılır.
Festival azərbaycanlı və türklərin filmin proqramdan çıxarılması çağırışlarını rədd edib. Virtual nümayişdən sonra film yayda Berlində oflayn nümayiş olunacaq. Nümayişdən sonra müzakirə panelləri açılacaq.




Loading...