"Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovun "xalaqızı, bibiqızı ilə "Whatsapp”da danışmaq olmaz" fikri sosial şəbəkələrdə narazılığa səbəb olub. Əksəriyyət bu yanaşmanın absurd olduğu iddiasındadır.

"Xalaqızı, əmiqızı, bibiqızı, dayıqızı kişiyə naməhrəm sayılır. Qurani-Kərimin "Əhzab” surəsiin 50-ci ayəsində bu barədə qeyd olunub. Naməhrəm sayıldıqları üçün həmin qohumlarla evlənmək olar” - deyə, bildirən Hacı Qamət yerli mediaya açıqlamasında öz fikirlərini yenidən müdafiə edib. O bildirib ki, həmin qohumlarla müəyyən məsafə gözlənilməli, açıq-aşkar əlaqə saxlanılmamalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev isə Sfera.az-a açıqlamasında  deyib ki, əksinə, xalaqızı, əmiqızı, bibiqızı, dayıqızı kişiyə naməhrəm sayılmır: "Bunlar hamısı yaxın qohumlardırlar. Bir-birinə yaxın durmamalıdırlar və ya söhbət etməməlidirlər – belə şey olarmı?
 
Tamamilə dinə zidd olan bir şeydir. Din ailəni və ailəyə qohum olan adamların hamısını bir-birinə yaxın adamlar hesab edir. Heç bir dində yoxdur ki, bibiqızı ilə söhbət edə bilmərəm. Bibiqızı mənim bacımdır. Digərləri də eyni şeydir. Mən onlarla söhbət edə bilərəm, heç bir günahı yoxdur”.

R.Əliyev bildirib ki, bibiqızı, əmiqızı ilə evlənmirlər: ”Burada gen məsələsi var. Uşaqların anadan olmasında müəyyən dəyişiklik ola bilər. Amma onların söhbət etməməsi tamamilə dindən kənar bir şeydir. Bunu dini xurafatlaşmağa aparan adamlar danışırlar. Dediyim kimi eyni qandan olan insanların evlənməsi sonradan fəsadlara səbəb olur. Bunu İslam da deyir, elm də deyir. "Bu qohumlar kişilərə naməhrəmdir və onlarla evlənmək olar” məsələsi yoxdur”.sfera.az





Loading...