2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan "Diqlas” ticarət mərkəzinin yerində hələ də hələ də heç bir obyekt tikilməyib. Ötən ilin əvvəlində sözügedən ərazidə yaşayış binası, "Bravo” market və s. tikiləcəyi ilə bağlı söyləntilər olsa da, məlumat təsdiqini tapmadı.
pressaz.info xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, həmin ərazidə hansısa tikinti işlərinin aparılması ilə bağlı komitəyə müraciət daxil olmayıb.qazet.az




Loading...