Qulamhüseyn Əlibəyli: “Bu raketlərin istifadəsi kimi, satışı da qadağandır”
 
Ermənistanın Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı ortaya çıxan faktlar son günlərin ən çox müzakirə olunan məsələləri sırasındadır.
 
Bununla bağlı Pressaz.info-ya açıqlama verən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, bu faktın Ermənistanın hərbi cinayətlər törətməsinə dair ciddi sübut olduğunu qeyd etməklə yanaşı, bu məsələdə təcavüzkar dövblətə bu silahı verənlərin də məsuliyyət daşıdğını vurğulayıb:
 
“Bu faktın özü Ermənistanın Azərbaycan qarşı hərbi cinayətlər törətdiyinə sübutdur və təbii ki, Ermənistan buna görə cavab verməlidir. Lakin Ermənistanla yanaşı, baş verənlər görə ona bu silahı verənlərin də məsuliyyət daşıdığı qeyd edilməlidir. Çünki bu raketlər qadağan edilmiş raketlərdir. Bunların istifadəsi kimi, satışı da qadağandır. Ona görə də bu məsələdə Ermənistanla yanaşı, ona bu raketi verənlərin də məsuliyyət daşıması vacibdir. Söhbət xalqımıza qarşı törədilən hərbi cinayətdən gedir və bu cinayətdə əli olanların buna görə cavab verməsi vacibdir”.|Moderator.az|




Loading...