Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir faktor oldu.

Pressaz.info  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Aprel döyüşlərində Azərbaycan ordusu nəyə qadir olduğunu göstərdi: “Həm dağlıq, həm də düzən ərazidə ordumuz necə döyüş aparmaq lazım olduğunu göstərdi. Əsas məsələ o oldu ki, erməni ordusu haqqında yaradılan mif sındırıldı. Aprel döyüşündən sonra Ermənistan ordusunda istefalar başlandı, korrupsiya halları ilə bağlı yoxlamalar aparıldı, hətta hakimiyyət dəyişikliyi baş verdi.




Loading...