"Qapanmalara getməliyik, sərt karantin rejimi bərpa olunmalıdır və s. deyən hər kəs sussun, getsin özünü qapatsın!"

Pressaz.info
xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, sərt karantinin nəticələri daha ağırdır: 

"Düz bir ildir, qapanmışıq, uğursuz nəticə göz qabağındadır. Demək ki, tədbirli şəkildə, normal həyat tərzini davam etdirməklə bu, zəhrimar virusla mübarizə metoduna keçmək lazımdır. Dövlət öz tədbirini görsün, amma məsuliyyəti cəmiyyətlə də bölüşsün. Qapanmaq virusdan qoruya bilər, amma işsizliyin, yoxsulluğun, çarəsizliyin və bekarçılığın yaratdığı mənəvi, psixoloji problemlərin əsas səbəbidir. Nəticəsi isə virusdan qat-qat ağır və dağıdıcıdır. Cəmiyyət üçün də, elə dövlətin özü üçün də. 

Sərt karantin rejiminə getmək, qapanmalar çarə deyil, olmayacaq da. Bir daha vurğulayıram. İnsanlar bu virusla, məsuliyyəti öz üzərinə götürərək yaşamağı öyrənməlidirlər. Hətta artıq öyrəniblər. Dövlət isə gedişatı izləyib öz tədbirlərini görməlidir. Virusa yoluxanların sürətli və effektiv müalicəsini təşkil etməlidir, peyvəndlənməni davam etdirməlidir. Başqa çıxış yolu yoxdur! 

Yox, OQ qapanmalara gedəcəksə, onda dövlət də zəhmət çəkib növbəti dəfə əlini cibinə salsın. Orta və kiçik biznesə real dəstək olsun, maddi sıxıntı çəkən hər bir vətəndaşın minumal xərclərini, bir başa, qeyidsiz-şərtsiz ödəsin. Yox, bu mümkün deyil, dövlətin yükü həddindən artıq çoxdur deyiriksə, o zaman insanları rahat buraxmaq, işləyib özünü dolandırmasına şərait yaratmaq lazımdır. 
Vəssalam!"




Loading...