“Yoluxma sayının artması ilə əlaqədar karantin rejimi müəyyən qədər sərtləşdirilə bilər, amma ümumiyyətlə insanlar başa düşməlidir ki, 3 qızıl qaydaya əməl etmək lazımdır. Maskanı tax, əlini təmiz saxla, sarımsaq ye!”
 
Bunu Pravda.az-a açıqlaması zamanı Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.
 
R.Mahmudov bildirib ki, sutka ərzində 980 yoluxma sayı epideoloji cəhətdən yüksək rəqəmdir: “Virusdan qorunmaq üçün günəşli yerlərdə olmaq, çölə çıxıb günəşin ultrabənövşəyi şüasını udmaq lazımdır. Sarımsaq yemək çox faydalıdır. Sarımsağın pH dəyəri 12,7-dir. Bu virus isə 5-8 pH dəyəri olduğu halda yaşaya bilirsə, deməli virusa yoluxmamaq baxımından sarımsaq çox faydalıdır. Hələ koronavirusa yoluxmazdan əvvəl qonşuluqdakı marketə deyirdim ki, təzə sarımsaq gətirin. Satıcı dedi, sabah gətirəcəm, birigün gətirəcəm, amma gətirib çıxara bilmədi. Onlar sarımsaq gətirənəcən mən virusa yoluxdum. İndi hər gün sarımsaq yeyirəm. Belə söhbətlər düşən kimi də sarımsağı baha qiymətə satmağa başlayırlar. Olmaz belə, ümumiyyətlə, qayda-qanunlara əməl etmək lazımdır. Hər halda vaksinasiya tədbirləri davam edir, müəyyən müddətdən sonra azalma müşahidə ediləcək”.
 
Qeyd: Azərbaycanda bu gün koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.






Loading...