“Rusiya sülhməramlılarının bölgədəki illik xərci 35-50 milyon dollar təşkil edir. Üstəlik, orada xidmət edən hərbçilər riskli zonada olmaları nəzərə alınaraq daha yüksək əməkhaqqı alır. Bəs bu pulu kimi ödəyir?”
Pressaz.info xəbər verir ki, cəmiyyət üçün aktual olan movzunu politoloq Nəzakət Məmmədova özünün “Facebook” səhifəsində yazıb.
Nəzakət Məmmədova bildirib ki, dünyada sülhməramlıların pulunu kimin ödəməsinsə bir neçə praktika var: Pulu təcavüzkar tərəf ödəməlidir. Lakin mən buna inanmıram. Ermənistan ödəməz. Rusiya Ermənistanı təcavüzkar yox, müttəfiqi hesab edir və hətta silahları belə ona çox halda pulsuz verir. Saxlanma xərcini BMT verə bilərdi. Hər il BMT büdcəsindən 3 milyard dollar sülhməramlılar üçün xərc ayrılır. Lakin bizim məsələdə o da vermir. Heç verməz də. Çünki burada BMT-nin çoxmillətli yox, bir ölkənin sülhməramlıları yerləşibsə, təbii ki, BMT bunu etməz. Rusiya bunu xahiş etməz də. Çünki Qarabağda məqsəd sülhyaratma, sülhüqoruma yox, Rusiyanın geosiyasi maraqlarını təmin etməkdir. BMT sülhməramlıları gəlsə, aydın məsələdir ki, bura beynəlxalq güclərin nəzarətinə keçəcək və plan pozula bilər. Ona görə də, iki variant qalır: Pulu ya Rusiya özü verir, ya da Azərbaycan. Bu barədə rəsmi məlumat verilmir və ümid edirəm ki, sülhməramlıları göndərən xərci də özü çəkir.Sozcu.az




Loading...