Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb.
Pressaz.info xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.
O qeyd edib ki, hazırda həmin ərazilərdə güclü qar var, çovğunla müşaiyət olunur, yollar buz bağlayıb:
“Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu səbəbdən də xahiş edirik ki, həmin istiqamətlərə səfər etmək istəyənlər yola çıxmasınlar”. (report)




Loading...