Səhiyyə naziri Fahrettin Koca tərəfindən təşkil edilən mətbuat konfransında qəflətən eşidilən səs çaşğınlıq yaradıb.
Pressaz.info xəbər verir ki, Türkiyədə koronavirusa ilk yoluxma faktının üzərindən 1 il keçməsi səbəbilə nazir kameralar qarşısına keçib. CNN Türk kanalından yayınlanan konfransın ilk saniyələrində bir nəfərin “Öldürərəm səni, nə edirsən?!” sözlərinin eşidilməsi salonda səssizlik yaradıb. Bu səbəbdən, aparıcı nazirin çıxışını yenidən anons etməli olub.
Fahrettin Kocanın şahid olduğu səsin kimə məxsus olduğu isə məlum deyil.GUNinfo.az




Loading...