Azərbaycana koronavirus infeksiyasının qarşısının alınması üçün "AztraZeneca” vaksini idxal ediləcək. 

Pressaz.info xəbər verir ki , bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən İsveç Krallığının "AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək. 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.




Loading...