Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürəkəni, keçmiş Maliyyə Naziri Berat Albayrakı tənqid edən müxalifətə sərt cavab verib.
Pressaz.info xəbər verir ki, Ərdoğan, Albayrakın fəaliyyəti illərində büdcədə azalma baş vermədiyini ifadə edib:
“CHP nümayəndələri tvitter yarışı edirlər. “Kürəkən, kürəkən”. Kürəkən boyda başınıza daş düşsün. CHP keçmişdə cənab Berat bəyin gördüyü işlər qədər iş görə bilibmi? Başlayıblar filan qədər pul haradadır?! O pulların hamısı bu millətin xəzinəsindədir”.Metbuat.az




Loading...