c

Sərhədlər bağlandığı üçün Tailandın Phuket adasında qalan dörd azərbaycanlı MMA döyüşçüsü üçün “yaşıl işıq” yanıb. Artıq onlar Bakıya qayıtmağa hazırlaşırlar.
Bu barədə Oxu.Az-a qrupun rəhbəri və digər üç idmançının məşqçisi Aqşin Babayev məlumat verib.
O bildirib ki, onlar Bakıda karantinə alınmayacaqlar:
“İyulun 1-i günorta saat 1-də İstanbula gəlmişik. Burada bizi karantinə almayıblar. İnşallah, ayın 9-u axşam saat 9-da da Bakıda olacağıq. Vətənə dönəndə bizi karantinə almayacaqlar. Çünki biz burada test verəcəyik. Testimiz neqativ çıxsa, nəticəni göstərib, problemsiz evimizə yollana biləcəyik”.