c

MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatı ilə müqavilə bağlamaqdan imtina edib.
Bunu Oxu.Az-a açıqlamasında Tofiq Musayevin özü deyib:
“İmtinamın səbəbi ötən il Qran-Pridə qalibi olduğuma görə mənə çatacaq pulun verilməməsidir.
Altı ay keçib, hələ də pulu göndərməyiblər. Mən də müqaviləni imzalamıram.
Deyirəm ki, nə vaxt pulumu göndərərlərsə, o zaman da müqaviləyə qol çəkərəm”.