UEFA Çempionlar Liqasında formatındakı dəyişikliklə bağlı qərar verib. 

Pressaz.info xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub. Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.

Liqa formatında təşkil olunacaq turnirdə hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk 8 pillənin sahibi avtomatik 1/8 finala yüksələcək. 9 - 24-cü sırada yer alan komandalar isə sonuncu 8 vəsiqə uğrunda pley-off görüşlərində üzləşəcək. Duellər 2 qarşılaşmadan ibarət olacaq.

Qeyd edək ki, analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər.  /offsideplus.az/




Loading...