Bukmeyker bazarında “Topaz” mərc oyunlarına “Azərlotereya”nın alternativ gəlməsi onun batmaqda olan işini daha da sürətləndirir. Pressaz.info xəbər verir ki, artıq “Topaz” kontorlarının sayının artırılması dayanıb.
Artıq Bakıda və bölgələrdə “Topaz”a məxsus yeni məntəqələr açılmır və getdikcə kofiçent bazarından çıxacaq. “Azərlotereya” adlı bukmeker şirkətinin idarəetməsi Türkiyə şirkətinə veriləcək. Bu zaman rəqabət yüksələcək və onsuz da bazarda inhisarçı olduğu müddətdə belə tənəzzül etmiş “Topaz” mübarizədə tamamilə əriyib gedəcək.
Əldə etdiyimiz xəbərə görə, “Topaz”ı idarə edən gənclər və idman naziri Azad Rəhimov da onun arxasından çəkilir və şirkət iflasa doğru getməkdədir. Hazırda ABŞ-da müalicə olunduğu deyilən nazirin “Topaz”a himayəçilikdən imtina etdiyi bildirilir.
Qeyd edək ki, “Azerinteltek”in payını satması və totalizator kontorlarında minimum mərc qoyuluşunun 3 manata qaldırılması bu bazarı sıradan çıxardı
Bakıda “Topaz” – bukmeyker məntəqələri indi az-az rastınıza çıxar. Şəhərdə bir vaxtlar sürətlə artan totalizator kontorlarının sayı getdikcə azalmaqdadır.
Üstəgəl, kofiçent yazanlar da gözə az dəyirlər. Futbol mərcinin həvəskarı olanlar əvvəlki qədər “Topaz” obyektlərinə baş çəkmirlər.reportyor.info
 





Loading...