Son dövrün ən populyar sosial şəbəkəsi olan Tik Tok insanların psixologiyasına mənfi təsir etməkdədir.
pressaz.info xəbər verir ki, artıq bu sosial şəbəkənin istifadəçiləri daha çox baxış sayı əldə etmək üçün həyatlarını riskə atırlar.
Türkiyədə yaşayan gənclərdən biri istifadəçinin rəyinə əsasən işıqforun qırmızı işığında əcaib hərəkətlər edib. Belə ki, o, "Bad boys" mahnısının sədaları altında soyunaraq rəqs etməyə çalışıb.
Qeyd edək ki, sözügedən mahnının sədaları altında soyunaraq qarın üzərində yarıçılpaq rəqs son günlərin trendinə çevrilib./Milli.Az




Loading...