Bakıda yol qəzası olub.

pressaz.info xəbər verir  ki, martın 6-sı saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakinləri N.Zərbəliyevin idarə etdiyi “Niva” və H.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Zərbəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.





Loading...