Türkiyədə 65 yaşlı kişi marketdə alış-veriş edən qadına və onun 5 yaşlı oğluna qarşı qeyri-etik hərəkət edib.
pressaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada Nesrin.Ş adlı qadın günorta saatlarında 5 yaşlı oğlu ilə birlikdə marketə girib. Bu zaman marketə daxil olan kişilərdən biri, 5 yaşlı oğlu yanında olan qadına cinsi orqanını göstərib. Nesrinin bu əxlaqsız hərəkətə qarşı sərt reaksiyasını görən kişi marketdən qaçıb.
Qadın başına gələnləri həyat yoldaşı Niyazi.Ş-ya söyləyib. Ailə marketdə başına gələnlərlə bağlı polisə müraciət edib.
Polislərin araşdırması zamanı saxlanılan 65 yaşlı kişi məlum hərəkəti edərkən içkili olduğunu söyləyib. M.G-nın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Amma buna baxmayaraq o marketdəki hərəkətinə görə ətrafda olan vətəndaşlar tərəfindən döyülüb.Sonxeber.az




Loading...