Suriyanın Hama əyalətinin şərqində terrorçular tərəfindən mina yüklənmiş iki avtomobil partladılıb.
pressaz.info SANA agentliyinə istinadən xəbər verir ki, terror hadisəsi zamanı azı 18 nəfər ölüb, üç nəfər yaralanıb.
Partlayış Əs-Salamiya şəhəri yaxınlığında Vadi al-Azib bölgəsində baş verib.
Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı qələbə elan edilib.





Loading...