c

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 7 həkim yaralanıb.
TƏBİB-dən Redaktor.az-a verilən xəbərə görə, onlardan 5 yüngül yaralıya ambulator yardım göstərilərək buraxılıb. 2 həkim isə müayinəyə göndərilib.
15:44 (Yenilənmə vaxtı)
Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 
Hadisə magistralın Qubanın Atuc kəndi ərazisindən keçən hissəsində baş verib. 
Xudat xəstəxanasına məxsus "UAZ" markalı maşın qarşısındakı avtomobilin ani manevr etdiyi üçün idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı maşında olan xəstəxananın iki əməkdaşı xəsarət alıb. 
Faktla bağlı araşdırma aparılır. //APA