Salyan rayonunda baş verən bədbəxt hadisə nəticəsində azyaşlı uşaq ağır xəsarət alıb.
İNPA.AZ xəbər verir ki, yaşadıqları evin həyətində valideynləri kabab bişirərkən manqala səpilən benzinin kürəyinə tökülməsi nəticəsində 3 yaşlı uşaq yanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən uşaq 2 və 3-cü dərəcəli termiki alov yanığı xəsarətləri alıb. Uşağın vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanaya yola salınıb.




Loading...