Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
İNPA.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Karl Ryumin Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.




Loading...