Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Pressaz.info
-nun məlumatına görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin səhhəti hazırda yaxşıdır. Onun hərarəti normaldır.

N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib




Loading...