TV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub.
 
Pressaz.info xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib.
 
“İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiya verməklə reklam kampaniyası aparır. Nəzərinizə çatdırıram ki, bu, tamamilə yalan xəbərdir və bizim adımızdan istifadə edərək insanları aldatmaq məqsədi
daşıyır. Xahiş edirəm, bu cür yalançı reklamlara etibar etməyin!” – o bildirib/Prada.az/




Loading...