Azərbaycanda ata qızını bacısına hədiyyə verib.

Pressaz.info
xəbər verir ki,bunu Xəzər televizyasında yayımlanan "Səni axtarıram" verilişində 15 yaşlı qızı Rəhimə Əsgərovanı axtaran ana deyib.
O, bildirib ki, həyat yoldaşından ayrılandan sonra ikinci dəfə ailə qurub: "Birinci həyat yoldaşımdan 3 qızım var. 3 də mənimlə qalırdı. Sonradan iki qızım atalarında qaldı, Rəhimə isə məndə. Keçmiş həyat yoldaşım qızım Fatiməni bacısına hədiyyə kimi verib. 4 il 3 qızıma da ikinci həyat yoldaşım baxıb".

Aparıcı Rəhimənin tapıldığını söyləyib.

Efirə bağlanan Rəhimə bildirib ki, anası tərəfindən 5 il ərzində dilləndirilib: "Anam bizi Bakıya aparıb, 5 il ərzində dilləndirdi. Əlimdə faktım da var. Sonra bizi evdən atıb, Mehriban xanımın sığınacağına yerləşdirdi. Hazırda atamın yanındayam". /sonxeber.az/




Loading...