Goranboyda tövlədə yanğın olub.

"İNPA" xəbər verir ki, hadisə rayonun Məşədiqaralar kəndində Eldar Əliyevə məxsus təsərrüfatda baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 116 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 4 tonu da yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğınsöndürənlər tərəfindən ram edilib, qonşu evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 100-ə qədər ev quşu tüstüdən boğularaq ölüb.






Loading...