Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 
Pressaz.info xəbər verir ki , Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub. Polis əməkdaşları F.Rüstəmovla profilaktiki söhbətlər aparıb, ona xəbərdarlıq edib, məclisin keçirilməsi isə dayandırılıb.




Loading...