Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, 31 yaşlı qadın doğma oğlunu diri-diri yandırıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, ana ilə uşağı arasında mübahisə düşüb. Dava zamanı onlar həyətə çıxıblar. Qadın qəzəbinə hakim olmayaraq uşağının üstünə yanıcı maye töküb və yandırıb. Lakin birdən nə etdiyini fərqinə vararaq, alovu söndürüb və tibb işçilərini çağırıb.
Uşaq üçüncü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadına qarşı “Xüsusi amansızlıqla törədilmiş, azyaşlı uşağı öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. O, saxlanılıb və həbs məsələsi həll olunur.
İstintaq davam edir.





Loading...