Bakının Biləcəri dairəsi yaxınlığında diri toyuq daşıyan yük avtomobili aşıb.

Bakı Nəqliyyat Agentliyindən Pressaz.info-ya verilən məlumata görə, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.




Loading...