Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.
Pressaz.info xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb.

Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb.

Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.

APA




Loading...