Ötən ilin dekabrında İmişli rayon sakini M.Abbasov rayon polis şöbəsinə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyalarının və pullarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, E.Muradov 5 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat və 650 ABŞ dolları məbləğində pul oğurlamaqla zərərçəkmişə 10 min manatdan artıq ziyan vurub.
Bundan başqa, 3 min manat dəyərində iki baş iribuynuzlu oğurlamaqda şübhəli bilinən rayon sakinləri Umud Umudlu və Qəzənfər İsaqlı isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Q.İsaqlının rayon ərazisindəkı market, bərbərxana və poçt köşkündən tütün məmulatları, danışıq kartları və televizor oğurlamaqla vətəndaşlara 1400 manat dəyərində ziyan vurduğu da müəyyən edilib.
Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





Loading...