Ankarada polis avtomobilin içində narkotik vasitədən istifadə edən iki nəfəri saxlamaq istəyib.

İHA xəbər verir ki, cinayət əməlində şübhəli bilinən şəxslər təslim olmaq əvəzinə, maşını polisin üstünə sürüblər.

Qaçmağa çalışan şübhəlilər irəli-geri manevrlər edərək maşını bir mülki şəxsin və bir neçə avtomobilin üstünə sürüblər. Təqibin sonunda polis onları saxlaya bilib.




Loading...