Ötən gecə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binanın üzlüyü qoparaq yola düşüb.
Pressaz.info " “publika.az”a istinadən xəbər verir ki, S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 16 mərtəbəli binanın bərk materialdan hazırlanmış üzlüyünün bir hissəsi qoparaq piyadaların intensiv hərəkət etdiyi yola düşüb. Lövhə yerə çılpılaraq parçalanıb və ətrafa dağılıb.
Xoşbəxtlikdən hadisə vaxtı ərazidə heç kim olmayıb, yaxınlıqdakı şəxslər ciddi xəsarət almayıb. Ərazidə hərəkət lentlərlə məhdudlaşdırılıb.
Qeyd edək ki, hadisənin baş verdiyi bina bir neçə il əvvəl tamamilə yanmış və 15 nəfər həlak olmuşdu. Bu hadisədən sonra həmin bina yenidən üzlənib.




Loading...