Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Şöbəsinin əməkdaşları, əməliyyat və istintaq tədbirləri nəticəsində, 1981-ci il təvəllüdlü Abaşa Bələdiyyəsində cinsi təcavüz ittihamı ilə bir nəfər saxlayıb.

Pressaz.info yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs 60 yaşlı həmkəndlisinə fiziki güc tətbiq edərək onu cinsi istismara məruz qoyub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, sui-istifadə edən şəxsi cinayətdən bir neçə saat sonra həbs edib.
 
Hadisə ilə bağlı ekspertiza təyin edilib, müvafiq istintaq və prosessual hərəkətlər davam etdirilir.
Faktla bağlı, Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə araşdırma aparılır. Sözügedən cinayətkar şəxsi 6 ildən 8 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, bu gün Abaşa bələdiyyəsində 40 yaşlı şəxs, 60 yaşlı qadına qarşı zorla cinsi təcavüz edib. /Azadinfo.az/




Loading...