Türkiyədə 16 yaşlı yeniyetməni fasilələrlə düz 5 saat boyunca döydülər.
Pressaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı Ş.C.K Akif A və Ali.S-dan borcunu almaq üçün onların mağazasına gedib.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə nəticəsində Akif A və Ali.S mağazanın qapısını bağlayaraq, onu dəmir parçası ilə döyməyə başlayıblar.
Akif A və Ali.S 5 saat ərzində yeniyetməni vəhşicəsinə döyüblər.
Yeniyetmə əl üzünü yumaq üçün icazə versinlər deyə Akif A və Ali.S-ya yalvarıb. Onlar Ş.C.K-ya əl-üzünü yumağa icazə verən zaman yeniyetmə mağazadan qaçmağa nail olub.
Akif A və Ali.S polislər tərəfindən saxlanılıb.//sonxeber.az






Loading...