Türkiyədə 31 yaşlı kişi 10 yaşlı oğlunu boğaraq öldürdü.
Pressaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada yaşadığı binanın mühafizəçisi kimi işləyən 31 yaşlı İsmayıl Kılınçər həyat yoldaşı Rabia Kılınçər bazara gedən zaman 10 yaşlı oğlu Hüseyin Kılınçəri boğaraq öldürüb.
Oğlunu öldürdükdən sonra İsmayıl Kılınçər polisə zəng edərək bir nəfəri öldürdüyünü söyləyib. Evə gələn polislər 10 yaşlı Hüseyin Kılınçərin yerdə cansız bədənini görüblər
Hüseyin Kılınçərin meyiti ekspertiza üçün Konya Şəhər Xəstəxanasının morquna aparılıb.
Polislər tərəfindən saxlanılan İsmayıl Kılınçər oğlunu öldürməyi 2 həftə öncədən planladığını bildirib:
"Həyat yoldaşımın bazara getməsini gözlədim. Oğlumu qarşıma çağırıb, onu öldürəcəyimi söylədim. İlk öncə ondan üzr istəyib, qucaqlayıb öpdüm. Oğlumda məni qucaqlayıb, ata səndən üzr istəyirəm söylədi. Daha sonra oğlumu ayaqlarımın arasına alıb, boğaraq öldürdüm".
Hüseyin Kılınçərin dayısı mətbuata açıqlamasında bacısının hələ də şokda olduğunu söyləyib: "Bacım hər gün Hüseyinin məzarına gedərək topağı qucaqlayır və oğlum mənsiz yata bilməz, hava soyuqdur deyir".





Loading...