Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 10 mülki şəxs həlak olub, 11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Pressaz.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı maddələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.







Loading...