Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev  açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u, yəni iyulun 31-i və avqustun 1-i Qurban bayramıdır.
Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir.
Fuad Nurullayevhəmçinin bildirib ki, Məhərrəm ayı avqustun 21-də başlayacaq, Aşura günü isə avqustun 30-na təsadüf edəcək.
Fuad Nurullayev eyni zamanda qeyd edib ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.APA




Loading...