Bakının “Sovetski” adlanan məhəlləsinin 100-dən çox sakini Yasamal Rayon İcra Hakimiyyətinin qarşısında toplaşıb.

pressaz.info xəbər verir ki, sakinlər rayonun icra başçısı Elşad Həsənovla görüş tələb edirlər.

Sakinlərin sözlərinə görə, onlar hələ də ev ala bilməyiblər. Buna görə də kirayə evlərdə yaşamaq məcburiyyətindədirlər.

Həmçinin qeyd olunur ki, evlərinin sökülməsi ilə bağlı kompensasiyaların ödənişində ədalətsizliyə yol verilib, torpaq sahələri hesablanmayıb.

Onlar Maliyyə Nazirliyinin, bu iş üzrə Yasamal İH-də yaradılmış komissiyanın haqsızlığa yol verdiyini, əmlak bazarındakı qiymətlərə uyğun olmayan təzminat verildiyini bildiriblər.


Aksiya iştirakçıları E.Həsənovun onları qəbul etmədiyini, dəfələrlə müraciət etsələr də, laqeydlik göstərdiyini deyiblər.Reportyor.info





Loading...